Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Trabzonspor”un baş məşqçisi Şenol Günəş istefaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə mətbuatı bu barədə xəbərlər dərc edir. İddia edilir ki, uğursuz gedişat səbəbindən 73 yaşlı mütəxəssislə yollar ayrılıb.
Qeyd edək ki, Şenol Günəş ötən ilin sentyabr ayında “Trabzonspor”a baş məşqçi təyin olunmuşdu. Qara dəniz təmsilçisi Türkiyə Superliqasında 25 oyundan sonra 32 xalla 10-cu pillədə qərarlaşıb.