Şenol Günəş klubsuz qalan Abubakar üçün minnətçi düşüb

21.05.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Son olaraq Super Liqadadan birinciliqaya yuvarlanan Hatayspor"da icarədə olan, ancaq burada da özünü təsdiqləyə bilmədiyi üçün müqaviləsi ləğv olunan Abubakar yenidən Türkiyəyə dönməyə çan atır qayıda bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vinsent Aboubakar bunun üçün “Trabzonspor”un sabiq məşqçisi Şenol Günəşin qapıısn döyüb.

Məlumata görə, Günəşə minnətçi düşən Abubakar ondan "Trabzonspor"a ən azı bir illik transferinə dəstək istəyib: "33 yaşlı futbolçu Şenol Günəş vasitəsilə tünd qırmızı-mavili rəhbərliyə mesaj göndərib. O, transferi zamanı maaş məsələsində işi asanlaşdıracağına da söz verib..."

Xəbərdə deyilir ki, klub onunla bir illik anlaşma imzalamağa hazırlaşır.

Fərid ASLAN
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью