Şenol Günəşin Gürcüstana niyə gəldiyi BƏLLİ OLDU

20.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Gürcüstan – Ukrayna matçında (1:1) Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Şenol Günəş də iştirak edib.

Publika.az xəbər verir ki, mütəxəssis üç futbolçunu izləmək üçün Gürcüstana gəlib.

O, Kiyev “Dinamo”sundan ukraynalı Nikolay Şaparenko, həmçinin gürcülər – “Kremoneze”dən Luka Loçoşvili və “Şturm”dan Otar Kiteişvilini nəzarətdə saxlayıb.

Yaxın vaxtlarda Günəşin üç futbolçu ilə bağlı hesabatını “Trabzonspor” rəhbərliyinə göndərəcəyi bildirilsə də, məşqçinin ən çox Kiteişvilini bəyəndiyi idda edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью