Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Alimlər insanın beyin siqnalları vasitəsilə nitqini və jestlərini tanımağa qadir olan yeni implant hazırlayıblar. Qurğu ağır iflic olan şəxslərin ünsiyyət imkanlarını bərpa etməyə imkan verəcək.
Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu “Nature” jurnalı məlumat yayıb.
Məlumatda bildirilir ki, implant süni intellekt texnologiyası vasitəsilə beyin aktivliyini oxuyur və insanın niyyətini real vaxt rejimində mətnə, eləcə də rəqəmsal avatarın hərəkətlərinə çevirir. Innovativ texnologiya artıq nitq və hərəkət qabiliyyətini ağır dərəcədə itirmiş pasiyentlər üzərində uğurla sınaqdan keçirilib.
Sınaqlar zamanı iştirakçılar zehni olaraq cümlələr tələffüz edib və müxtəlif jestləri yerinə yetirməyə çalışıblar. İmplant bu zaman yaranan beyin siqnallarını anında təhlil edərək, insanın nə demək və ya hansı jesti etmək istədiyini eyni anda müəyyənləşdirib.
Tədqiqatçılar qeyd edirlər ki, gələcəkdə bu texnologiya ağır iflic keçirmiş şəxslərin gündəlik ünsiyyəti üçün daha funksional və rahat qurğuların əsasını təşkil edəcək. /Musavat.com/