futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kəpəz” Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”u məğlub edib – 5:2.
Dövrəyə üç xalla start verən gəncəlilər matçda ələ düşən demək olar, hər fürsəti qola çevirməklə rəqibini məyus etməyi bacardı.
Görüşdən əvvəl favorit tovuzlular göstərilsə də, daha dəqiq olan “sarı-göylər” aktivinə üç xalı yazdırdı.
Buna həm də, turun sensasiyası adlandırıla biləcək nəticəsi demək olar.
Elitada qalmaq mübarizəsi aparan “Kəpəz” “Turan Tovuz”la müqayisədə daha “diri” göründü.
Xüsusilə sürətli əks-hücuma çıxan gəncəlilər rəqibini yaxşı təhlil etmişdi.
“Turan Tovuz”da isə əsas problem müdafiədə verilən boşluqlar və diqqətsizlik idi.