Sensasiyalı hesabat: Rusiya Ukrayna müharibəsində itki 2 milyona çatacaq!

28.01.2026

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) şok hesabat yayşb.

Mia.az xaric məbuata istinadla xəbər verir ki, hesabatda müharibədə ölən, yaralanan və itkin düşmüş əsgərlərin ümumi sayı sayının 2 milyona çatacağı iddia olunub.

"Rusiyanın Ukraynanı çökdürmə Müharibəsi" adlı hesabatda Moskvanın hərbi irəliləyişlərinə baxmayaraq, böyük itkilər verdiyi xüsusi vurğulanıb.

Qeyd edilib ki, 2022-ci ilin fevral ayından bəri Rusiya ordusu ərazidə 1,2 milyon nəfərdən çox canlı qüvvə itirib: "Bu rəqəm İkinci Dünya Müharibəsindən bəri ən yüksək itkidir"

Hesabatda Ukrayna tərəfində ölən, yaralanan və itkin düşənlərin sayının 500.000 ilə 600.000 arasında olduğu, təxmin edilib: "100-140 min nəfər isə yaralı və ya itkin düşən var. Əgər münaqişənin hazırkı tempi davam edərsə, hər iki tərəfdə ölən, yaralanan və itkin düşmüş əsgərlərin sayı bu ilin yazına qədər 2 milyona çata bilər".

Lamiyə

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью