Şensnı ilk dəfə belə aqibətlə üzləşdi

06.10.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

La Liqanın 8-ci turunda səfərdə "Sevilya"ya 1:4 hesabı ilə uduzan "Barselona"nın məğlubiyyəti polşalı qapıçı Voytsex Şensnı üçün əlamətdar olub.

Fanat.Az-ın məlumatına görə, sözügedən qolkiper "blauqrana"nın forması ilə La Liqada ilk dəfə yenilgi acısı dadıb.

Belə ki, o, daha öncə İspaniya çempionatında meydana çıxdığı heç bir matçda komandasının məğlubiyyətinə şahidlik etməmişdi. Şensnı ötən mövsüm oynadığı 15 qarşılaşmada 14 qələbə və 1 heç-heçə görmüşdüsə, onun cari "futbol ili"ndə forma şansı qazandığı birinci oyunda "Barsa" "Real Sosyedad"ı 2:1 hesabı ilə üstələmişdi.

Xatırladaq ki, 35 yaşlı Şensnı ötən ilin oktyabrından "Barselona"dadır.

Nihat   

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью