Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

14.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 oktyabr, AZƏRTAC

Körfəz istehsalçılarından neft tədarükü sentyabr ayında əvvəlki aya nisbətən 2,6 milyon barel artaraq gündəlik 24,3 milyon barelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabat bildirilir ki, Oman istisna olmaqla, region ölkələrindən neft ixracı da eyni dövrdə 4,7 milyon barel artaraq gündəlik 16,5 milyon barelə yüksəlib. Buna baxmayaraq, ixrac müharibədən əvvəlki səviyyələrdən 33 faiz aşağı qalıb.

Hörmüz boğazından neft daşınması 3,7 milyon barel artaraq gündəlik 10,9 milyon barelə çatıb, alternativ marşrutlarla ixrac isə Şərq-Qərb neft boru kəmərindəki axınların bərpası ilə sutkada 970 min barel artıb.

Regiondan xam neft ixracı 4,4 milyon barel artaraq gündəlik 13,9 milyon barelə çatıb.

Digər tərəfdən, Körfəzdəki neft infrastrukturuna və tankerlərə davamlı hücumlar bölgədə istehsalın və ixracın bərpasının davamlılığına riskləri artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью