Sentyabrda orta maaş 30 qəpik azalıb

12.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Dövlət Statistika Komitəsi "Ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə" başlıqlı məlumatlar açıqlayıb.

Qeyd edilib ki, 2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon790,8 min nəfər olub, onlardan 836,8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz və ya 85 manat artaraq 1172,7 manat təşkil edib. Xatırladaq ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1173 manat təşkil etmişdi. Beləliklə, Sentyabr ayında orta aylıq nominal əməkhaqqı 0,3 qəpik düşüb. 

2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilər üzrə orta aylıq nominal əməkhaqq 1087 manat 70 qəpik təşkil etmişdi. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью