sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sanderlend"in yarımmüdafiəçisi Qranit Caka zədə səbəbindən İsveçrə millisinin noyabr ayındakı oyunlarında iştirak edə bilməyəcək. Sport24.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Premyer Liqanın 10-cu turunda "Çelsi"yə qarşı keçirilən oyunda baldırından zədə alıb.
Bundan əlavə, "Hamburq"un müdafiəçisi Miro Mühaym da əzələ problemi səbəbindən qarşıdakı beynəlxalq görüşlərdə yığmaya qoşula bilməyəcək.
Onların əvəzinə İsveçrə millisinə "OH Leuven"dən Rocerio Nyakossi (o, ilk dəfə milliyə çağırılır) və "Yanq Boyz"dan İsaak Şmidt dəvət olunublar.
İsveçrə yığması Millətlər Liqası çərçivəsində noyabrın 13-də Sloveniya, noyabrın 16-da isə Şotlandiya ilə qarşılaşacaq.
Qeyd dək ki, Caka sentyabrda COVID-19 pandemiyası dövründə saxta sənədlər əldə etdiyi iddiası ilə bağlı araşdırmanın mərkəzində olmuşdu. O, sonradan qanun pozuntusuna yol verdiyini etiraf edərək istintaqla əməkdaşlığa razılaşıb və nəticədə 150 000 İsveçrə frankı məbləğində şərti cərimə olunub. COVID-19 sertifikatının saxtalaşdırılması ilə bağlı işə görə, futbolçu İsveçrə millisinin sentyabr ayındakı təlim-məşq toplanışını da buraxmışdı.