Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək

04.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur:

“Gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. 

Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək”.

O həmçinin qeyd edib ki, kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. “Bu, həmçinin qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə də şərait yaradacaq”, - deputat vurğulayıb.

Mürtəza 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью