Sentyabrın 15 də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər?

07.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar təhsil sistemi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də müəllimlərin vahid geyimdən istifadəsidir. 

Prezident İlham Əliyev 22 iyul 2026-cı il tarixində “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, dövlət məktəblərində müəllimlər (təhsilverənlər) üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq və bu tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. 

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq etməlidir. 

Yeni tədis ilinin sentyabrın 15 -də başlayır. Builki tədris ilində müəllimlər yeni geyim formasından istifadə edə biləcəkmi? Eskizlər hazırdırmı? 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, qərarın təsdiqindən sonra iki ay ərzində Nazirlər Kabineti  geyimlə bağlı tələbləri təsdiqləməlidir və hələ həmin müddət keçmədiyinə görə konkret fikir bildirmək mümkün deyil. 

Xatırladaq ki, Azərbaycanda dövlət məktəbləri üçün məktəbli formalarının eskizləri və rəsmi təsvirləri fərdi şəxslər və ya dizaynerlər tərəfindən deyil, Nazirlər Kabineti tərəfindən respublika səviyyəsində rəsmi qərarla təsdiq olunur. Hər bir məktəb həmin təsdiq edilmiş 4 rəng və model çeşidindən birini öz Pedaqoji Şurasının qərarı ilə seçir. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: müəllimlər geyim

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью