Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.