Sentyabrın 9 da daha bir komitə TOPLAŞIR

04.09.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək. 

Bu barədə Modern.az-a komitənin sədri Musa Quliyev məlumat verib.

"Hələlik yeni qanun layihəsi yoxdur. Komitə üzvlərinə ötən ilin hesabatını verəcəm və bu ilin iş planını təsdiq edəcəyik. Bununla da ilk iclasımız bitəcək. Yəqin ki,  oktyabrdan başlayaraq, büdcə ilə məşğul olacağıq", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью