Sənubər Nəzərova ADYdən getdi

06.12.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova yeni karyera mərhələsinə başlamaq üçün dekabrın 6-dan etibarən vəzifəsindən ayrılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ADY-dən bildirilib.

"ADY-də çalışdığı iki il ərzində Sənubər Nəzərova şirkətimizin tərəfdaşlar qarşısında yüksək səviyyədə təmsil olunmasında, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasında böyük xidmətlər göstərib", - QSC qeyd edir.

Bildirilir ki, bundan sonra ADY-nin fəaliyyəti ilə bağlı sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev cavablandıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью