Sənubər Nəzərova Azərbaycan Dəmir Yollarından GETDİ | Icma.az
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.
Turkustan.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb. Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu