Sənubər Nəzərova vəzifəsindən AZAD EDİLDİ

05.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.

Bakupost/az Bakıvaxtı.az-a istinadən xəbər verir ki,, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.

QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.

Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью