Sənubər Nəzərova vəzifəsindən AZAD EDİLDİ

05.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları QSC-də kadr islahatı olub.
Bizim.Media “Bakıvaxtı.az”a istinadla xəbər verir ki, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.
Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə SOCAR AQS MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью