Sherg.az saytına istinadən Icma.az xəbər verir. Ceyhun Məmmədov medianın strateji rolunu açıqladıAzərbaycan Milli Mətbuatının yaranmasından
1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb.
"Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.
Bugünədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçib.
Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan veriblər.Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Deputat vurğulayıb ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı: