SEPAH 86 cı əməliyyat dalğasını elan ETDİ

29.03.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İran Silahlı Qüvvələri "Əsl Vəd 4" əməliyyatının 86-cı dalğasını həyata keçirərək Amerika bazalarındakı infrastruktur və silah anbarlarına, eləcə də ABŞ, İsrail və müxalifətdəki Komala Partiyası qoşunlarının mövqelərinə hücum edib.

Redaktor.az bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

"Bu əməliyyatın birinci mərhələsində Hərbi Hava Qüvvələri ilə əlaqəli PUA-lar, eləcə də ABŞ-nin Viktoriya, Arifcan və Şahzadə Sultan bazalarındakı silah anbarları raket və PUA zərbələri ilə vurulub", - deyə açıqlamada bildirilir.

SEPAH-ın məlumatına görə, əməliyyatın sonrakı mərhələlərində ABŞ, İsrail və İran hökumətinə müxalifət partiyası olan Komala qüvvələrinin İsrailin Arad, Neqev, Təl-Əviv və İraqın Ərbil şəhərlərindəki mövqeləri, BƏƏ-dəki ABŞ-nin Əl-Dəfra hərbi bazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması da zərbələrə məruz qalıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью