SEPAH ABŞ bazasına cavab zərbəsi endirdiyini bildirib

01.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) gecə saatlarında İranın Sirik adasına hücumun həyata keçirildiyi Amerikanın hərbi bazasına cavab zərbəsi endirdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, İranın dövlət teleradioşirkəti SEPAH-ın bəyanatından sitat gətirir.

"ABŞ ordusunun bu yaxınlarda Hörmüzqan əyalətinin Sirik adasındakı telekommunikasiya qülləsinə etdiyi hücuma cavab olaraq, SEPAH-ın Aerokosmik Qüvvələri hücumun törədildiyi aviabazaya zərbə endirib", — deyə bildirib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью