Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ-yə məxsus Əl-Əzraq aviabazasına hücum edib.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, SEPAH qüvvələri İordaniyanın Əl-Əzraq bölgəsindəki Amerika aviabazasına və qırıcıların sığınacaqlarına eyni vaxtda sarsıdıcı raket və PUA zərbələri endirib.
İddialara görə, hücum nəticəsində ABŞ-yə məxsus iki qırıcı və üç təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib.