Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
SEPAH ABŞ-ın hücumlarına cavab olaraq, Amerikanın bölgədəki 21 hərbi obyektinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, hədəflər arasında ABŞ-ın Küveytdəki Əli Əl-Səlim aviabazası, İordaniyadakı Əl-Əzraq aviabazası və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının obyektləri olub.