SEPAH ABŞ ın daha bir PUA sını vurdu

22.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

SEPAH-ın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-a məxsus "MQ-1" tipli PUA-sını vurub.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərbçiləri korpusun yeni və müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə Hörmüz boğazının şərqində ABŞ-a məxsus, uçuş məsafəsi artırılmış MQ-1 tipli kəşfiyyat-zərbə PUA-sını ələ keçirərək məhv ediblər”, - bəyanatda bildirilib.

SEPAH-ın məlumatına görə, bu, son 24 saat ərzində vurulan dördüncü ABŞ PUA-sıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью