SEPAH ABŞ ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

23.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışından sonra Vaşinqtonu mümkün yeni hücumlarla bağlı xəbərdar edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Press TV” SEPAH-ın sözçüsü Hüseyn Möhebbiyə istinadla məlumat yayıb.

SEPAH nümayəndəsi bildirib ki, ABŞ İrana qarşı hərbi addımlar atacağı təqdirdə, “yalnız uğursuzluqla” üzləşəcək. İran Baş Qərargahı da daha “şiddətli, sarsıdıcı və gözlənilməz” zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Tehranın ABŞ-nin təzyiqi qarşısında geri çəkilməyəcəyini bildirib.

Qeyd edək ki, Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranın nüvə silahı əldə etməsinin qarşısını almağın əsas məqsədi olduğunu deyib və Tehranla razılaşma əldə etməyə ümid etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью