SEPAH ABŞ nin 11 qırıcısını və təyyarəsini məhv edib

25.07.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) rəsmi nümayəndəsi Hüseyn Möhəbbə bəyan edib ki, iyulun 17-dən İran Silahlı Qüvvələri ABŞ-nin 11 ədəd hava hərbi texnikasını yerdə məhv edib.

Bu barədə Möhəbbə Tasnim agentliyinə müsahibəsində bildirib.

"İyulun 17-dən İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarında yerləşən və yerdə olan 11 ABŞ qırıcısını və təyyarəsini məhv edib", - deyə o əlavə edib.

Onun sözlərinə görə, SEPAH F-15 qırıcısını, P-8 Poseidon uzaqmənzilli kəşfiyyat təyyarəsini, C17 hərbi-nəqliyyat təyyarəsini və səkkiz yanacaq dolduran təyyarəni məhv edib. O əlavə edib ki, İranın hücumları zamanı 17 kəşfiyyat və döyüş pilotsuz uçuş aparatı da sıradan çıxarılıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью