Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, PUA-nın Fars körfəzinə düşdüyü bildirilir.
SEPAH bəyan edib ki, ABŞ-nin İranın Lark adasına hücumuna və bir neçə nəfərin ölümünə görə qisas alınacaq:
“Lark adasına hücum nəticəsində bir sıra döyüşçülərimiz və həmvətənlərimiz həlak olub və yaralanıb. İslam İranının oğulları bu hərəkətə cavab verəcək və təcavüzkar cəzalandırılacaq”.
Qeyd edək ki, avqustun 30-da gecə ABŞ Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki hücum təşkil edib. SEPAH da buna cavab olaraq, İordaniyada ABŞ qüvvələri tərəfindən istifadə edilən hava bazalarına ballistik raketlərlə zərbələr endirib.
“The Washington Post”un yazdığına görə, ABŞ İranla müharibədə indiyədək ən azı 45 “MQ-9 Reaper” PUA-sı itirib.
Mürtəza