SEPAH: ABŞ və İsrail gec tez bölgəni tərk etməlidir

21.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ və İsrail gec-tez bölgəni tərk etməyə razılaşmalıdır.

Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

"Düşmən hərbi sahədə uğursuzluğa düçar olduqdan sonra hibrid, koqnitiv, iqtisadi və media müharibələrinə üz tutub; lakin İran xalqı daxili potensiallara, müqavimət iqtisadiyyatına və müqəddəs milli birliyə arxalanaraq hər cür fitnəni zərərsizləşdirəcək", - SEPAH-dan vurğulanıb.

Bildirilib ki, silahlı qüvvələr qəti və dağıdıcı cavab verməyə hazırdır: "İran İslam Respublikasının Silahlı Qüvvələri elmə, strateji yeniliyə və müdafiədə özünə arxalanmaqla, hər bir təhdidi elə mənbəyindəcə zərərsizləşdirə biləcək bir səviyyəyə çatıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью