SEPAH ABŞ yə məxsus PUA nı vurduğunu açıqlayıb

03.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu bəyan edib.

AZƏRTAC “Bloomberg Sharq” saytına istinadla xəbər verir ki, SEPAH iddia edilən hadisənin görüntülərini də yayıb. Videoda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının bazar ertəsi axşam saatlarında hava hücumundan müdafiə raketi ilə birbaşa hədəfə alındığı əks olunur.

Məlumatda hadisənin baş verdiyi şərait və pilotsuz uçuş aparatının taleyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью