SEPAH Amazon un Bəhreyndəki data mərkəzini vurduğunu bildirib

21.07.2026

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran ABŞ-nin ölkədəki "Darxoveyn" AES-ə endirdiyi zərbəyə cavab olaraq Amerikanın "Amazon" şirkətinin Bəhreyndəki məlumat mərkəzinə (data-mərkəzinə) hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) mətbuat xidməti məlumat verib.

"Amerikan ordusunun dünən Darxoveyndə tikilməkdə olan obyektlərə və mülki infrastruktura etdiyi hücuma cavab olaraq, Amerikanın "Amazon" şirkətinin Bəhreyndəki data-mərkəz alt yapısına bir neçə qanadlı raketlə zərbə endirdik və onu məhv etdik", — deyə SEPAH-ın bəyanatında bildirilir.

İyulun 19-da İranın Atom Enerjisi Təşkilatı (İAET) İranın cənub-qərbində tikilməkdə olan "Darxoveyn" atom elektrik stansiyasının ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qaldığını bildirmişdi.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью