Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ hərbi bazasına endirilən raket zərbəsinin görüntülərini yayıb.
Redaktor.az xəbər verir ki, yayılan kadrlarda raketlərin buraxılış anı və hədəfə doğru istiqamətləndirilməsi əks olunub.
Məlumata görə, hücum birbaşa SEPAH-ın nəzarətində olan hərbi bölmələr tərəfindən həyata keçirilib.
İran rəsmiləri bu addımı regionda davam edən gərginliyin tərkib hissəsi kimi qiymətləndirirlər.
Aminə ŞAHSUVARQIZI