SEPAH Bəhreyndə ABŞ yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

13.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar sisteminə zərbə endirərək onu məhv etdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum İranın Sirik şəhərinə endirilən hava zərbəsinə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji ticarətində mühüm əhəmiyyət daşıyan strateji su yoludur. Dünya neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью