SEPAH: Beş “Hermes” PUA sı məhv edildi

30.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənub sahillərində sionist rejimə məxsus 5 “Hermes” tipli pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Tasnim” agentliyi tərəfindən yayımlanan məlumatda bildirilib ki, ABŞ və İsrailin 28 fevraldan etibarən İrana qarşı başlatdığı hücumlardan bəri ümumilikdə 140 PUA zərərsizləşdirilib.

Qeyd edək ki, “Hermes” seriyalı PUA-lar İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunur və taktiki səviyyədən strateji səviyyəyə qədər müxtəlif missiyalar üçün nəzərdə tutulub.

Bu seriyaya “Hermes 45”, “Hermes 90”, “Hermes 450”, “Hermes 900” və “Hermes 900 Starliner” kimi modellər daxildir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью