SEPAH “bütün bombaların atası”nı hazırladıqlarını açıqladı

22.10.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu SEPAH sözçüsü, briqada generalı Hüseyn Mohebbi SNN-ə müsahibəsində deyib.

“Biz “bütün bombaların atası”nın təqdimatına hazırlıq mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir”, - o bildirib. 

Lakin general İranın əldə etdiyi yeni silah növü barədə ətraflı məlumat verməyib.
H.Mohebbi onu da əlavə edib ki, SEPAH-ın hərbi doktrinası artıq hücum xarakteri daşıyır: 
“Keçmişdə İranın müdafiə doktrinası sırf müdafiə xarakterli idi. Biz bildirmişdik ki, hücuma məruz qalsaq, cavab verəcəyik. İndi isə deyirik ki, əgər hər hansı bir ölkə bizə hücum edərsə, biz nəinki cavab verəcəyik, həm də onların ərazisini işğal edəcəyik. Doktrinamız hücum xarakteri daşıyır və asimmetrik hala gəlir. Düşmənə elə zərbə endirəcəyik ki, onlar hərəkətlərimizin bütün gücünü dərk etsinlər”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью