SEPAH dan ABŞ bazaları ilə bağlı HƏDƏ

18.05.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda Fars körfəzinin cənubundakı Amerika hərbi bazalarını hədəfə ala biləcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH sözçüsü İbrahim Zülfüqari açıqlama verib.

“ABŞ-nin Fars körfəzinin cənubundakı bütün hərbi bazaları yaxın gələcəkdə zərərsizləşdiriləcək”, - deyə o bildirib.

Məlumata görə, açıqlama mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra səsləndirilib.

Bildirilir ki, dronlardan biri Əl-Dəfra bölgəsində yerləşən Bərəkə Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna çırpılıb və nəticədə yanğın baş verib.

Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью