SEPAH dan hədə: “Bir litr də olsun neftin ixracına icazə verməyəcəyik”

10.03.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“İran silahlı qüvvələri ABŞ və müttəfiqlərinin təzyiqindən asılı olmayaraq, növbəti xəbərdarlığa qədər regiondan bir litr də olsun neftin ixracına icazə verməyəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Sərdar Naini bildirib.

O vurğulayıb ki, İran artıq müharibənin gedişatına və nəticəsinə nəzarət edir: “Regionun vəziyyətini amerikalılar yox, İran qüvvələri müəyyən edir".

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İran silahlı qüvvələrinin hakimiyyətinin sonu ilə bağlı iddiaları yalandır.

Hazırda hərbi və kommersiya gəmiləri də daxil olmaqla, bütün Amerika gəmiləri İran raketlərindən və dronlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafə saxlamağa məcburdurlar.

Naini, həmçinin qeyd edib ki, İranın raket hücumlarının azalması ilə bağlı iddialar yalandır: “İranın raketləri daha güclü hala gəlib və onların döyüş başlıqları artıq bir tonu keçib”.

O, ABŞ-nin neft qiymətlərini məhdudlaşdırmaq cəhdlərini müvəqqəti və səmərəsiz adlandırıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью