SEPAH dan kritik açıqlama: Avropanı vura bilərik!

19.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İran daha əvvəl Dieqo-Qarsiya adası ərazisində 4500 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik raketlərinin imkanlarını nümayiş etdirib və ölkənin Ali rəhbər Müctəba Xamenei göstəriş versə, ABŞ-ın Avropadakı bazalarına zərbə endirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebbi bildirib.

O xatırladıb ki, İran raketlərinin uçuş məsafəsinin 2 min km ilə məhdudlaşdırılması barədə qərar İslam İnqilabının mərhum ali rəhbəri Əli Xameneiyə məxsusdur:

“Əgər ölkənin indiki ali rəhbəri (Müctəba Xamenei) belə bir göstəriş verərsə, İran Avropadakı Amerika hərbi bazalarına zərbələr endirmək iqtidarındadır”.

SEPAH nümayəndəsi bildirib ki, ABŞ İranın su bəndlərinə zərbə endirəcəyi təqdirdə, Tehran simmetrik cavab verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью