SEPAH dan xəbərdarlıq: “İran daha güclü silahlar hazırlayıb”

20.08.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

"Əgər müharibə yenidən başlasa, istifadə etdiyimiz silahlar mütləq fərqli olacaq”

İran Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaması halında daha güclü silahlardan istifadə edəcək”. AYNA.AZ bildirir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi İranın “Defa Press” xəbər agentliyinə verdiyi müsahibədə deyib.

"Əgər müharibə yenidən başlasa, istifadə etdiyimiz silahlar mütləq fərqli olacaq. Bu fərq döyüş başlıqlarının generasiyasında, dəqiqlikdə, raket mənzilində və ya hər hansı digər göstəricidə əks oluna bilər", - deyə hərbi sözçü bildirib.

O əlavə edib ki, Tehran bütün növ silahların xüsusiyyətlərini daim təkmilləşdirir, onları daha dəqiq, dağıdıcı və texnoloji cəhətdən inkişaf etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью