Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
“Müdafiəmizdə və əks-hücumumuzda mütləq əhəmiyyətli dəyişikliklər olacaq”
“İran tərəfi ABŞ-ın daha çox zərbə endirəcəyi təqdirdə dünyanı təəccübləndirəcək yeni müdafiə taktikaları hazırlayıb”. AYNA.AZ xəbər verir ki, bu ifadələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda qeyd edilib.
"Yeni bir hücum baş verərsə, müdafiəmizdə və əks-hücumumuzda mütləq əhəmiyyətli dəyişikliklər olacaq. Bu dəyişikliklər münaqişənin fərqli coğrafiyasını və silahları əhatə edəcək", SEPAH-ın bəyanatında qeyd olunub.
Bildirilib ki, "yeni imkanlara malik yeni silahlardan istifadə edəcəyik və bütün dünya təəccüblənəcək".
Qeyd olunub: "Regional nizamı ABŞ deyil, İran müəyyən edir. Biz uzunmüddətli münaqişəyə həmişəkindən daha hazırlıqlıyıq”.