SEPAH elan etdi: 6 aylıq müharibə resursumuz var

08.03.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ABŞ və İsrailə qarşı azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər arsenal və resursları var.

Axar.az xəbər verir ki, bunu SEPAH sözçüsü Əli Məhəmməd Naini deyib.

“Ballistik raketlər, pilotsuz uçuş aparatları və hücum gəmilərini əhatə edən arsenal genişmiqyaslı və uzunmüddətli müharibə üçün nəzərdə tutulub. ABŞ və İsrailin 200-dən çox obyektinə hücum edilib ki, bunların təxminən 60%-i regiondakı ABŞ bazalarına, 40%-i isə İsrail hədəflərinə yönəlib”, - Naini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью