Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın hüquq-mühafizə orqanlarında fərarilik artıb.
“Cebheinfo.az” “İran İnternational” - ə istinadən xəbər verir ki, İranda hüquq-mühafizə və hərbi strukturlarda ciddi kadr problemi yaşanır. Bunun səbəbi isə SEPAH və polis qüvvələri arasında fərarilik hallarının artması ilə bağlıdır.
Məlumata görə, yalnız bir əməliyyat bazasında təxminən 350 nəfər xidmət yerini tərk edib. Bəzi bölmələrdə isə fərarilik və ya işə çıxmama göstəricisinin 90 faizə qədər yüksəldiyi bildirilir.
SEPAH yaranmış kadr çatışmazlığını aradan qaldırmaq üçün təcili tədbirlər görür. Bu çərçivədə təqaüdə çıxmış hərbçilərin yenidən xidmətə çağırıldığı, habelə, bəzi məhbusların əfv vədi ilə təhlükəsizlik strukturlarına cəlb edildiyi açıqlanıb.
Bildirilib ki, xüsusilə İsrailin F-35 qırıcıları ilə mümkün qarşıdurma ehtimalı pilotlar arasında da ciddi narahatlıq yaradır. Yak-130 təyyarəsinin vurulması ilə bağlı hadisədən sonra şəxsi heyətdə ruh düşkünlüyünün artdığı qeyd olunur.
Yunis Abdullayev
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin