SEPAH generalı İsraili hədələyib

07.11.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranla qarşı-qarşıya qalmağa gücü yoxdur və İsrail Tehranın cavabını gözləməlidir. 
Missiya.Az “Azad İran”a istinadən xəbər verir ki, bunu SEPAH-ın baş komandanının müavini general Əli Fədəvi deyib.
ABŞ və İsrailin İrana qarşı birgə qabaqlayıcı hücum ehtimalına toxunan Əli Fədəvi vurğulayıb:
“Biz ABŞ və İsrailin İranın “Doğru Vəd-3” əməliyyatını həyata keçirməsinin qarşısını almaq üçün qabaqlayıcı hücum edəcəyi ehtimalını istisna etmirik”.
SEPAH generalı qeyd edib ki, İranın silah anbarları İsrailə hücum üçün doludur.

Leyla SƏMƏNDƏR
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью