“Sepah” Hacızadənin öldürüldüyünü təsdiqlədi

13.06.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin İsrailin Tehrana endirdiyi hərbi zərbələr nəticəsində öldürüldüyü təsdiqlənib.

Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, "Sepah"ın bununla bağlı bəyanatında İsrailin cinayətkar hücumlarında iranlı komandirlərin ölümü heç bir halda İran xalqını və ya İİKK-ni sarsıda bilməyəcəyi vurğulanır:

"Bu, onların qəddar qisas almaq əzmini gücləndirəcək".

İİKK xəbərdarlıq edib ki, İsrail və onun regional və qeyri-regional sponsorları lazımi vaxt və yerdə layiqli və qəti cavab alacaqlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью