SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

14.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü Hörmüz boğazından keçməyə çalışan konteyner gəmisinin dəniz minasına çırpıldıqdan sonra batdığını açıqlayıb.

AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, SEPAH-ın məlumatına görə, qaydalara zidd hərəkət edən gəmi boğazdan icazə verilməyən və təhlükəli marşrutla keçməyə çalışarkən minaya düşüb. Hadisə nəticəsində gəmidə güclü yanğın baş verib.

Bildirilib ki, göyərtəsində 2 500-dən çox konteyner olan gəmi güclü yanğından sonra Hörmüz boğazının cənub sularında batıb. Qeyd olunur ki, bu, cari həftə ərzində 4-cü oxşar hadisədir.

İran tərəfi gəminin adı, hansı ölkənin bayrağı altında üzdüyü və heyətinin taleyi barədə açıqlama verməyib. Hadisənin təfərrüatlarını və gəminin hansı şəraitdə batdığını təsdiqləyən müstəqil məlumatlar da hələlik mövcud deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью