SEPAH ikinci gəmini sıradan çıxardığını açıqladı

12.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ikinci gəmini sıradan çıxardığını, həmçinin Qətərdə yerləşən ABŞ-ın "Əl-Udeyd" aviabazasına təkrar raket zərbəsi endirdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Press TV" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, bu addımlar ABŞ-nin İranın sahilyanı hərbi bazalarına davam edən hücumlarına cavab olaraq atılıb.

Məlumata görə, ballistik raketlərlə Qətərdə yerləşən ABŞ-ın "Əl-Udeyd" aviabazası hədəfə alınıb. Zərbələrin bazanın qırıcı təyyarələrə texniki xidmət mərkəzinə və qərargahına yönəldiyi bildirilib.

SEPAH həmçinin bəyan edib ki, Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəmi vurularaq sıradan çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью