SEPAH ın baş komandanı: İsrail Amerikanın ən böyük uşağıdır

08.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi ABŞ İsrailə 7,4 milyard dollarlıq silah tədarükünü təsdiqləyib.
Bizim.Media xəbər verir ki, İranın SEPAH qruplaşmasının baş komandanı Hüseyn Səlami Xomeyninin anım tədbirində çıxışı zamanı bu məsələni şərh edib.
"Biz hegemonun siyasi ürəyinə hücum etdik, İsrail Amerikanın ən böyük övladıdır, hər kəs övladının deyil, özünün zərər görməyini istəyər. Bu heyrətamiz və möcüzədir ki, biz hərəkət edirik və düşmən hərəkət etmir və müharibə yoxdur, çünki onlara ABŞ yol göstərir”, - deyə Hüseyn Səlami əlavə edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью