Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və Səudiyyə Ərəbistanı İraqın şərqində İranla əlaqəli qruplara qarşı hədəfli hücumlar həyata keçiriblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilir.
"X" sosial media plaformasındakı paylaşımda deyilir:
"28 iyulda ABŞ Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək üçün yerləşdirildiyi iddia edilən İranla əlaqəli terrorçulara qarşı hədəfli hücumlar həyata keçiriblər".
Əməliyyat zamanı hər iki ölkənin qırıcı təyyarələri bir neçə logistika və silah obyektinə zərbələr endirib. Zərbələr SEPAH tərəfindən son üç gündə həyata keçirilən 30-dan çox pilotsuz təyyarə hücumuna cavab olub.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin