SEPAH ın Livana cavabdeh komandiri öldürülüb

03.03.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan korpusunun müvəqqəti komandiri Davud Əlizadə Tehranda endirilən hava zərbəsi nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, Əlizadə 2024-cü ilin aprelində Dəməşqdə İsrailin zərbəsi nəticəsində öldürülən Məhəmməd Rza Zahidinin yerinə Livan korpusuna rəhbərlik edirdi və “Livana cavabdeh ən yüksək rütbəli iranlı komandir” hesab olunurdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью