SEPAH: İran səmasında indiyədək 104 PUA zərərsizləşdirilib

11.03.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın hava hücumundan müdafiə (HHM) sistemi fevralın 28-dən bu günə qədər ölkə səmasında ABŞ və İsrailə aid 104 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirib.

Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb.

"İndiyə qədər ölkənin HHM sistemləri tərəfindən "Hermes", "Heron", "Orbiter" və "MQ9" növlərindən olan 104 PUA vurulub", - məlumatda qeyd olunub.

Bildirilib ki, dronlardan biri məhv edilmədən ələ keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью