Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SEPAH, Təhlükəsizlik Nazirliyi və polis qüvvələri ölkənin cənub-şərqində geniş əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Əməliyyat nəticəsində xarici ölkələrə bağlı olduqları iddia edilən 3 silahlı şəxs öldürülüb, 8 nəfər isə həbs edilib. Həmin şəxslərin bundan əvvəl Kirman əyalətində terror əməliyyatında iştirak etdikləri bildirilib.
Qruplaşma üzvlərində RPG-7-lər, gecəgörmə kameraları ilə təchiz olunmuş M4 tüfəngləri, “Kalaşnikov” avtomatı və tapançalar da daxil olmaqla, çoxlu sayda silah aşkar edilib.